\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

ABŞ-ın sərbəst ticarət tərəfdaşları arasında xəyali ölkənin də adı göstərilib

ABŞ-ın sərbəst ticarət tərəfdaşları arasında xəyali ölkənin də adı göstərilib
1414baxış

ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin (USDA) sərbəst ticarət tərəfdaşı olan ölkələr arasında Vakanda adlı “dövlət” də göstərilib.

Mediapress.az” “NBC News”a istinadən xəbər verir ki, qəribə ad daşıyan və siyahıda Kolombiya, Kosta-Rika, Dominikan Respublikası, El-Salvador, Quatemala, Honduras, Nikaraqua, Panama, Peru ilə yanaşı sadalanan Vakanda “Black Panthers” (“qara panterlər”) superqəhrəman bədii filmində Afrikada guya mövcud olan gizli, yüksək texnologiyalı ölkə olaraq təsvir edilir.

Siyahının hazırlanmasında iştirak edən Cain Ailəsi İnstitutunun əməkdaşı Fransis Tsenq bununla bağlı deyib ki, yəqin səhv etmişəm: "Vakandanın əslində xəyal olduğuna əmin olmaq üçün "Google"a daxil oldum, bunu da səhv xatırlamıram. Demək istəyirəm ki, buna inana bilmirdim”.

Maraqlıdır ki, ötən gün sözügedən siyahıya salınaraq 12 saat ərzində orada göstərilən Vakanda üçün üyüdülməmiş qəhvə, mal-qara, təzə tərəvəz kimi yüzlərlə məlumat daxil edilib.

Departamentin sözçüsü Vakanda adını siyahının işlək olduğunu sınamaq məqsədilə daxil edildiyini, sınaq başa çatandan sonra silindiyini bildirib.