\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Ali Hərbi Məktəbin kursantlarının intensiv hazırlığı həyata keçirilir

Ali Hərbi Məktəbin kursantlarının intensiv hazırlığı həyata keçirilir
1420baxış

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) tədris planı və proqramına uyğun olaraq “Qaraheybət” təlim mərkəzində kursantların intensiv hazırlığı həyata keçirilir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, səhra şəraitində keçirilən məşğələlər zamanı kursantlar şərti düşmən hədəflərinin aşkar edilərək atəşlə məhv edilməsi, silahlanmadakı müxtəlif silah nümunələrindən istifadə vərdişləri, eləcə də taktiki hazırlıq və hərbi topoqrafiya dərsləri üzrə digər tapşırıqları icra edirlər.

Gələcək zabitlərin hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərin sonunda kursantlar əldə etdikləri nəticəyə əsasən qiymətləndiriləcək.