\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

“Rusiya ABŞ-ın Türk və Şimal axını sanksiyalarını cavabsız qoymayacaq”

“Rusiya ABŞ-ın Türk və Şimal axını sanksiyalarını cavabsız qoymayacaq”
1364baxış
Rusiya ABŞ-ın "Şimal axını-2”-yə qarşı tətbiq etdiyi sanksiyaları cavabsız qoymaq niyyətində deyil.
 
Mediapress.az xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O qeyd edib ki, Amerikanın sanksiyaları qəbuledilməzdir, lakin onlar qaz boru kəməri layihəsinin icrasına təhlükə yaratmaq iqtidarında deyillər.
 
Peskov hazırda sanksiyalarla bağlı vəziyyətin təhlil olunduğunu deyib: "Və şübhəsiz ki, belə addımların belə vacib layihənin tikintisini başa çatdırmaq üçün bir maneə olmayacağına ümid edirik. Təhlilin məqsədi bu sanksiyaların "Şimal axını-2”-nin tikintisinin başa çatmasına necə təsir göstərə biləcəyini üzə çıxarmaqdır. Hər halda, Rusiyanın milli maraqlarından çıxış etmək lazımdır. Və istənilən halda, belə addımlar qarşılıqlı olacaq”.
 
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Senatında "Çimal axını-2" və "Türk axını" boru kəmərlərinin inşasında iştirak edən şirkətlərə təsir edən sanksiyalar paketini imzalayıb.