\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Meksikada şəhər meri qətlə yetirilib

Meksikada şəhər meri qətlə yetirilib
1417baxış

Meksikanın cənubunda Oaxaka ştatının Xalapa şəhər meri Arturo Velasqes Yeni il şənliyində qətlə yetirilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Televisiz” telekanalı məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər şənliyin keçirildiyi binaya daxil olaraq oradakı insanlara odlu silahdan atəş açıblar. 

Silahlı insident zamanı Velasqeslə yanaşı, Xavier Terrero şəhər rəhbərliyinin işçilərindən biri də öldürülüb. 

Digər ölən və yaralananlar barədə məlumat verilməyib. 

Hadisəni törədən şəxslər hadisə yerindən qaçıb. Polis onların saxlanılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirsə də hələlik heç bir nəticə əldə edilməyib. Hüquq-mühafizə orqanları tərəfindən hadisənin başvermə səbəblərini araşdırılır.