\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Türkiyədə qayıq batdı, 7 miqrant öldü

Türkiyədə qayıq batdı, 7 miqrant öldü
1370baxış
Türkiyənin miqrantları daşıyan qayığın batması nəticəsində 7 nəfər ölüb.
 
Qaynarinfo Anadolu agentliyinə istinadla xəbər verir ki, hadisə Van gölündə baş verib. Sərnişinlərdən 64-nü xilas etmək mümkün olub.
Qeyd edək ki, İranla həmsərhəd olan Van vilayəti Türkiyə sərhədini qanunsuz keçərək Avropaya keçməyə çalışan Əfqanıstan və Pakistandan gələn miqrantlar üçün tranzit ərazidir.