\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Yeni il gecəsi Bakı metrosu 1 saat artıq işləyəcək

Yeni il gecəsi Bakı metrosu 1 saat artıq işləyəcək
1432baxış

Dekabrın 31-də "Bakı Metropoliteni" QSC bir saat artıq, yəni yanvarın 1-i saat 01:00-a qədər işləyəcək. 

Bu barədə “Report”un sorğusuna cavab olaraq qurumdan bildirilib.

Məlumatda deyilir ki, iş vaxtının artırılmasına səbəb 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə paytaxta keçiriləcək bayram şənliklərində iştirak edən vətəndaşların daha rahat şəkildə mənzil başına çatıdırılmasıdır.