\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Kennedinin məktubu yayımlandı: "Şaxta baba ilə danışmışam..."

Kennedinin məktubu yayımlandı: "Şaxta baba ilə danışmışam..."
1406baxış
ABŞ-ın 35-ci prezindeti Con Kennedinin 8 yaşlı qıza yazdığı məktubu yayımlanıb.
 
Mediapress.az xarici mətbuata istinadən xəbər verir ki, məktub 28 oktyabr 1961-ci ildə yazılıb. Bundan öncə 8 yaşlı Mişel Rohon adlı qız prezidentə yazdığı məktubda SSRİ-nin hidrogen bombasını sınaqdan çıxaracağı təqdirdə Şaxta babanın ölməsinə icazə verməməsini istəyib. Prezident isə cavab məktubunda belə yazıb:
 
"Şaxta babadan narahat olma. Dünən onunla danışmışam. Hər şey qaydasındadı. Yenə Milad gəzintisinə hazırlaşır".
 
Qeyd edək ki, Sovet İttifaqı 30 oktyabr 1961-ci ildə Çar bombası adlandırılan hidrogen bombasını sınaqdan keçirib.