\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Qadınlar kişilərdən yüksəkdirlər - DİM-dən açıqlama

Qadınlar kişilərdən yüksəkdirlər - DİM-dən açıqlama
1341baxış
Dekabrın 22-də inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanında qadınların müvəffəqiyyət göstəriciləri kişilərə nisbətən yüksək olub.
 
Dövlət İmtahan Mərkəzindən (DİM) Qaynarinfo-ya verilən məlumata görə, dekabrın 22-də inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanında iştirak üçün qeydiyyatdan keçən namizədlərin 1221 nəfəri kişi, 1046 nəfəri isə qadın olub.