\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

YAP-ın namizədlər siyahısı hazırdır: əksər deputatlar kənarda qaldı (YENİLƏNİB)

YAP-ın namizədlər siyahısı hazırdır: əksər deputatlar kənarda qaldı (YENİLƏNİB)
1645baxış
Yeni Azərbaycan Partiyasında (YAP) Milli Məclisə gələn il fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə qatılacaq namizədlərin siyahısının dəqiqləşdirilməsinə həsr edilmiş iclas başa çatıb.
 
Mediapress.az Trend-ə istinadla xəbər verir ki, siyahı artıq hazırdır və az sonra YAP-ın saytında yerləşdiriləcək.
 
İdarə heyətinin üzvlərindən biri deyib ki, əksər deputatların adı yeni siyahıda yoxdur.
 
*****
Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında YAP İdarə Heyətinin iclası başlayıb.
 
Mediapress.az APA-ya istinadən xəbərinə görə, YAP İdarə Heyəti üzvlərinin iştirak etdiyi iclasda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunur.
  •