\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

AMEA-nın birinci vitse-prezidentləri seçildi (YENİLƏNİB)

AMEA-nın birinci vitse-prezidentləri seçildi (YENİLƏNİB)
1357baxış
İsa Həbibbəyli və İbrahim Quliyev 55 səslə AMEA-nın birinci vitse-prezidentləri seçilib.
 
Onlar AMEA-nın bu gün keçirilən illik ümumi yığıncağında gizli səsvermə nəticəsində seçiliblər.
Nəticəni Hesablama komissiyasının sədri Urxan Ələkbərov tədbir iştirakçılarının diqqətinə çatdırıb.
 
Ramiz Mehdiyev hər iki birinci vitse-prezidenti təbrik edib.
 
Xatırladaq ki, humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə İsa Həbibbəylinin, təbiət və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülmüşdü.
 
Qeyd edək ki, bu vəzifə akademiyada yeni təsis edilib