\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Azər Qismət ilin sonuncu imzasını atacaq - FOTOLAR

Azər Qismət ilin sonuncu imzasını atacaq - FOTOLAR
1677baxış

Tanınmış yazar, publisist, televiziya aparıcısı, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Azər Qismət yeni kitabının imza gününü keçirəcək. 

Mediapress.az xəbər verir ki, bu barədə məlumatı Azər müəllim özü verib: 

"Kitabın üz qabığı üçün 4-5 variant var idi. Hər biri gözəl idi. Sonda birinin üzərində dayandıq. Əzizlər, sabah sizi kitabımın təqdimatına dəvət edirəm".

Qeyd edək ki, ilin sonuncu imza gününü təyin edən yazıçı "Xanım taksi" adlı kitabının oxucularını sabah saat 15.00-17.00-dək Kitabevim.az-da gözləyəcək.

Kollektivimiz adından Azər Qisməti təbrik edir, 2020-ci ildə saysız-hesabsız oxucu kütləsi arzulayırıq! 

Könül Aypara