\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Vüqar Zifəroğlu təltif edildi - Bakı Dövlət Universitetinin 100 illik medalı ilə - FOTOLAR

Vüqar Zifəroğlu təltif edildi - Bakı Dövlət Universitetinin 100 illik medalı ilə - FOTOLAR
1422baxış

Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin dekani Vüqar Zifəroğlu cənab prezident İlham Əliyevin fərmanı ilə təsis edilmiş "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Bu barədə V.Zifəroğılu özü məlumat verib:

"Cənab Prezident İlham Əliyevin fərmanı ilə təsis edilmiş "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunduğuma görə, Təhsil naziri Ceyhun Bayramova və Universitetimizin rektoru Elçin Babayevə təşəkkür edirəm".

Dəyərli ziyalımızı kollektivimiz adından təbrik edirik!

Könül Aypara