\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Leyla Əliyeva: 2020-ci il möcüzələr ili olacaq

Leyla Əliyeva: 2020-ci il möcüzələr ili olacaq
1386baxış

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İnstaqram səhifəsində xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

"Əziz dostlar, sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edirəm!

Sizə xoşbəxtlik, cansağlığı, işlərinizdə uğurlar və bol-bol sevgi diləyirəm! Arzu edirəm ki, biz birlikdə çoxlu xeyirxah işlər görək, qəlbimizin səsini dinləyək və bir-birimizə ən gözəl diləklərimizi ünvanlayaq.

Allah sizi qorusun və dünyada əminamanlıq hökm sürsün.

Hər birinizə təşəkkür edirəm! 2020-ci il möcüzələr ili olacaq!”