\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Əflatun Amaşov deputatlığa namizədliyini irəli sürməyəcək? (AÇIQLAMA)

Əflatun Amaşov deputatlığa namizədliyini irəli sürməyəcək? (AÇIQLAMA)
1472baxış
Mətbuat Şurasının sədri Əflatun Amaşovun 9 fevralda baş tutacaq parlament seçkilərində iştirak etməyəcəyi haqda xəbər yayımlanıb.
 
Mediapress.az xəbər verir ki, azxeber.com məsələni dəqiqləşdirmək Amaşovun özü ilə əlaqə saxlayıb. 
 
O hazırda xaricdə olduğunu və yekun qərar vermədiyini deyib: "Mən hazırda ölkə xaricindəyəm. Hələ vaxta var. Növbəti parlament seçkiləri ilə bağlı qərar qəbul etməmişəm. Qərarımı verəndə hər kəsin xəbəri olacaq. Tələsməyək”. 
 
Qeyd edək ki, 8 bitərəf deputat növbəti seçkilərdə iştirak etməyəcək. Bunlar Zeynəb Xanlarova, Elmira Axundova, Valeh Ələsgərov, Kamran Nəbizadə, Elxan Süleymanov, Flora Qasımova və Mahir Aslanov və Gövhər Baxşəliyevadır.