\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Rektor imtahan prosesini izləyib

Rektor imtahan prosesini izləyib
1504baxış
Bakı Dövlət Universitetində (BDU) 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib.
Rektor Elçin Babayev imtahan sessiyası başlamazdan əvvəl Universitetin Böyük akt zalında ilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələrin qoyulduğunu bildirib.
Sonra müəllim-koordinatorların bölgüsü aparılıb və onlar imtahan sessiyasının gedişinə operativ nəzarət etmək üçün müvafiq fakültələrə təhkim ediliblər.
Rektor Elçin Babayev imtahanların keçirildiyi auditoriyalarda imtahanın gedişini izləyib, tələbələrlə söhbət aparıb, imtahanla bağlı onları maraqlandıran məsələləri müzakirə edib. Bildirib ki, sessiya ilə bağlı yarana biləcək istənilən məsələ ilə bağlı Qərargaha, “Qaynar xəttə”, elektron poçt və bütün tədris korpuslarındakı rəy qutuları vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, 2020-ci il yanvarın 7-dən 31-dək keçiriləcək sessiya imtahanlarında üzürlü və üzürsüz səbəblərdən iştirak etmədiklərinə görə akademik borcu yaranmış tələbələr (magistrantlar) 2020-ci il fevral ayının 3-dən 7-dək həmin fənlərdən imtahan verə biləcəklər.