\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

"Neftçi"nin Müşahidə Şurası komandanın çıxışına mənfi qimət verib

"Neftçi"nin Müşahidə Şurası komandanın çıxışına mənfi qimət verib
1553baxış

“Neftçi” futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda əsas komandanın 2019/2020-ci illər mövsümünün ilk yarısındakı nəticələri və klubun fəaliyyəti müzakirə olunub. Klubdakı fəaliyyətə müsbət rəy verilsə də, əsas komandanın çıxışı, xüsusilə Azərbaycan Kubokundan kənarda qalması qənaətbəxş hesab edilməyib.

Müşahidə Şurasının üzvləri icra orqanına fikirlərini bildirib, məşqçi və futbolçu heyəti ilə bağlı iradlarını çatdırıblar. Əsas komandanın qarşısına növbəti iki dövrədə maksimum nəticə qazanmaq tələbi qoyulub.