\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Ermənistan hərbçisi pulemyotla özünü vurub

Ermənistan hərbçisi pulemyotla özünü vurub
1705baxış

Ermənistanda müddətdən artıq xidmət edən hərbi qulluqçu Qeqam Xaçatryan adına təhkim olunan pulemyotdan özünü vurub.

"Mediapress.az" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, o, aldığı güllə yarasından ölüb.

Faktla bağlı intihar həddinə çatdırma əlamətləri üzrə cinayət işi başlanılıb.