\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

İcra başçısı hadisə yerində (FOTOLAR)

İcra başçısı hadisə yerində (FOTOLAR)
1071baxış
Bu gün Badamdar qəsəbəsində baş verən sürüşmə yerinə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov gəlib. 
 
Mediapress.az-ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hadisə nəticəsində eni 80, uzunluğu 100 metr olan torpaq kütləsi sürüşüb: "Hazırda monitorinqlər davam etdirilir, ölçmə işləri aparılır. Sürüşmə aktivdir, gərginlik var”.
 
O qeyd edib ki, torpaq kütləsi yolu tam bağlayıb: "Sürüşmə restoran divarlarının dibinə kimi gəlib. Burada yaşayış evləri yoxdur. Yamacın aşağısında yerləşən evlərə isə hələ ki, təhlükə yoxdur”. 
 
Əziz Qaralov əlavə edib ki, bu sürüşmə yeni deyil: "Bir il öncə baş verən sürüşmə sahəsinin üzərindəki torpaq kütləsi yenidən sürüşərək yolu qapayıb”.
  •  

Sırala