\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Badamdarda sürüşmənin dinamikasında aktivlik qalmaqdadır - Nazirlik

Badamdarda sürüşmənin dinamikasında aktivlik qalmaqdadır - Nazirlik
1648baxış

Saat 12:00-a olan məlumatına əsasən Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmənin dinamikasında aktivlik qalmaqdadır.

Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat evrib.

Ə.Qaralov qeyd edib ki, hazırda sürüşmənin səbəbləri araşdırılır.

Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib. Hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur.