\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Ötən il Avstraliyada ən quraq il olub

Ötən il Avstraliyada ən quraq il olub
1739baxış

2019-cu ildə Avstraliyada havanın orta illik temperaturu iqlim normasından 1,52 dərəcə çox olub.

Mediapress.az” “The Guardian”a istinadən xəbər verir ki, ötən il ölkəyə cəmi 277,6 mm yağıntı düşüb və ən quraq il olub.

Ötən ilin oktyabr ayından başlayaraq hələ də davam edən yanğınlar nəticəsində qitə ərazisində 10 milyon hektardan artıq meşə sahələri məhv olub.

Belə ki, başa çatan il həmçinin meşələrin illik məcmu yanğın təhlükəsi indeksinin 1950-ci ildən etibarən ən yüksək göstəricisi ilə də yadda qalıb.