\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Bu gün dünya metrosu 157 yaşını qeyd edir

Bu gün dünya metrosu 157 yaşını qeyd edir
1750baxış

Bu gün dünyada ilk metronun açılışından 157 il ötür.

İlk metro stansiyası 1863-cü ilin bu günü Londonda açılıb. 1890-cı ildə isə ilk elektrikləşdirilmiş yeraltı xətt açılıb.

Bu gün Bakı şəhəri də daxil olmaqla dünyanın 56 ölkəsinin 178 şəhərində metro fəaliyyət göstərir. Bu ilin əvvəlində açıqlanan məlumatlara görə, ən uzun metro şəbəkəsi Çinin paytaxtı Pekinə məxsusdur. Belə ki, gündəlik ortalama 10,5 mln (rekord 2019-cu ilin iyulun 12-də qeydə alınıb – 13,7538 mln nəfər), illik isə 3,8484 mlrd sərnişinə xidmət göstərən bu metro şəbəkəsi ümumi uzunluğu 699,3 km olan 23 marşrut xətti, 405 stansiyaya malikdir.

Çin həm də şəhərlərində metropolitenlərinin sayına görə də liderdir. Belə ki, hazırda bu ölkənin 40 şəhərində qeyd edilən yeraltı nəqliyyat vasitəsi fəaliyyət göstərir.

Qeyd etdiyimiz kimi dünyada bu unikal nəqliyyat vasitəsinə malik şəhərlər sırasında Bakı da var. Bakıda ilk metro 1967-ci ilin noyabrın 6-da yaradılıb. Ümumilikdə, 25 stansiyadan ibarət olan Bakı Metrosu onların sayını 2030-cu ilə qədər 76-ya, xəttlərin ümumi uzunlıuğunu isə 119,1 km-ə çatdırmağı nəzərdə tutub. (report)