\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

165 saylı avtobusda silahla görüntülənən şəxs tapıldı! - BŞBPİ-dən açıqlama EKSKLÜZİV - FOTOLAR

165 saylı avtobusda silahla görüntülənən şəxs tapıldı! - BŞBPİ-dən açıqlama EKSKLÜZİV - FOTOLAR
1888baxış

 

Xatırlayırsınızsa, bir neçə gün əvvəl Bakıda 165 saylı xətt üzrə hərəkət edən avtobusda üzərində odlu silah olan şəxsin fotosunu yaymış və məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinə məlumat vermişdik. 

Bu gün BŞBPİ-nin Cinayət Axtarış İdarəsi tərəfindən avtobusda odlu silahla görüntülənən şəxsin kimliyinin müəyyən olunması haqda məlumat ələ etdik. 
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Mediapress.az-a verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində həmin şəxsin Binəqədi rayon sakini, 1983-cü il təvəllüdlü Somov Ruslan olması müəyyən olunub. Məlumatda vurğulanıb ki, Baş İdarəyə dəvət olunan R.Somovun üzərində daşıdığı əşyanın hər hanası odlu silah yox, balıqçı aləti olması subuta yetirilib.