\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Partiya sədri MSK-da niyə işsiz kimi qeydiyyata alınıb? - AÇIQLAMA

Partiya sədri MSK-da niyə işsiz kimi qeydiyyata alınıb? - AÇIQLAMA
1643baxış
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deputatlığa namizədliyini irəli sürüb.
 
Tanınmış siyasətçinin namizədliyi 79 yaşlı İmişli seçki dairəsindən qeydə alınıb.
 
Ancaq maraqlıdır ki, MSK-nın rəsmi saytında Razi Nurullayevin işsiz olduğu yazılıb. 
AZXEBER.COM bu mövzuya aydınlıq gətirmək üçün partiya sədri ilə əlaqə saxlayıb.
 
O deyib ki, partiyası rəsmi qeydiyyata alınmadığı üçün işsiz olaraq qeyd olunub: "Mən rəhbəri olduğum Azərbaycan Xalq Cəbhəsi Partiyası rəsmi olaraq qeydiyyata alınmayıb. Bu səbəbdən də işsiz olaraq qeyd olunmuşam. Əsas odur ki, insanlar məni tanıyır".