\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

Narkoloji Mərkəzə yeni baş direktor təyin edilib

Narkoloji Mərkəzə yeni baş direktor təyin edilib
1745baxış

Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

"Mediapress.az" xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyev bununla bağlı yanvarın 14-də əmr imzalayıb. 

Əmrə əsasən, bu vəzifəyə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov təyin edilib.  

Qeyd edək ki, Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad olunub.