\
8 Oktyabr 2024 - Çərşənbə axşamı

"Qızım əsl deputat olmağa layiqdir" - Xanhüseyn Kazımlı

"Qızım əsl deputat olmağa layiqdir" - Xanhüseyn Kazımlı
1649baxış

Bunu X.Kazımlı unikal.org-a açıqlamasında qızının deputatlığa layiqli namizəd olduğunu bildirib:

"Mən deputatlığa namizədliyimi verməmişəm. Qızım Parlament seçkilərində iştirak etməklə bağlı qərar verdi. İnşallah yanvar ayının 17-si təbliğat prosesi başlayandan sonra özü mətbuata bu qərarı ilə bağlı açıqlama verəcək. Yazırlar ki, qızım bankda işləyir, bu məlumatlar doğru deyil. Özü universitetdə müəllimdir, namizədlik müdafiə edib. Qızımın biliyinə və savadına söz ola bilməz. Özü millət vəkili olmaq istəyir. Əsl deputat olmağa layiq şəxsdir." (unikal)