\
7 Oktyabr 2024 - Bazar ertəsi

Əməkdar jurnalistin çantasını oğurlayıblar - "Bravo" marketdə

Əməkdar jurnalistin çantasını oğurlayıblar - "Bravo" marketdə
1075baxış

"Bravo" marketdə oğurluq hadisəsi baş verib.

Mediapress.az xəbər verir ki, hadisə dünən - 28 yanvar 17:45 radələrində "Bravo" marketdə baş verib. Belə ki, Əməkdar jurnalist Tahir Aydınoğlu çantalar üçün nəzərdə tutulmuş dolaba öz çantasını qoyaraq, marketə alış-verişə gedib. Geri qayıtdıqda isə çantasını dolabda tapmayıb. 

"Dünən axşam saatlarında -28 yanvar saat 17:45 radələrində içərisində bütün sənədlərim, bir neçə açarım, üç müxtəlif markalı mobil telefonum, bank kartlarım olan əl çantamı bir anın içində mağazanın şkafından oğurladılar. 102 xidməti vasitəsi ilə polisə məlumat verdim. Ərizə yazdım. Oğrunun təsviri mağazanın kamerası vasitəsi ilə aşkar edilib. İnanıram ki, polis orqanları ən qısa müddətdə oğrunu aşkar edib, həyat üçün zəruri olan əşyalarımı geri qaytaracaqlar".