\
7 Oktyabr 2024 - Bazar ertəsi

Gürcüstanın DİN başçısı Azərbaycanla sərhəddə uğurlu əməliyyat keçirən sərhədçiləri mükafatlandırıb

Gürcüstanın DİN başçısı Azərbaycanla sərhəddə uğurlu əməliyyat keçirən sərhədçiləri mükafatlandırıb
1605baxış

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri yanvarın 14-də Azərbaycanla sərhəddə uğurlu əməliyyat həyata keçirən Sərhəd Polisinin 12 əməkdaşını mükafatlandırıb.

Mediapress.az”ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sərhədçilərin 4-ü “Şücaətə görə” medalı, 8-i isə “Xüsusi xidmətlər” medalı ilə təltif olunublar.

DİN başçısı Sərhəd Polisi əməkdaşlarını müstəsna peşəkar məsuliyyət, cəsarətli hərəkətlər və nümunəvi xidmətə görə minnətdarlığını bildirib.