\
7 Oktyabr 2024 - Bazar ertəsi

Bakı-Pirşağı-Bakı elektrik qatarlarının reysləri artırılır

Bakı-Pirşağı-Bakı elektrik qatarlarının reysləri artırılır
1742baxış

Fevralın 3-dən Bakı-Pirşağı-Bakı elektrik qatarları yeni cədvəl üzrə hərəkət edəcək.

Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumata görə, sərnişindaşımaya artan tələbatı təmin etmək məqsədi ilə həmin istiqamətdə hərəkət edən qatarların sayı artırılacaq. Bir istiqamətdə 15 qatar olmaqla, hərəkət qrafikində dəyişiklik ediləcək. 

Hazırda isə gün ərzində bir istiqamətdə cəmi 8 qatar hərəkətdədir.