\
7 Oktyabr 2024 - Bazar ertəsi

Çində 02/02/2020 tarixində evlənməyə qadağa qoyuldu

Çində 02/02/2020 tarixində evlənməyə qadağa qoyuldu
1625baxış
Çin hökuməti koronavirus epidemiyasının yayılması səbəbindən ilin ən gözəl günü olan 02/02/2020 tarixində planlaşdırılan toyların ləğv olunması, yaxud təxirə salınması barədə çağırış edib.
 
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hökumət kütləvi toy mərasimlərinin təhlükəli ola biləcəyini bildirib.
 
 
Bu tarix Çində təkcə gözəl gün deyil, eyni zamanda "səni sevirəm, səni sevirəm" ifadəsi ilə eyni mənanı verir. Bu baxımdan digər günlərdən fərqli olaraq bu tarixdə ailə həyatı qurmaq istəyənlərin sayı daha çoxdur.
 
Qeyd edək ki, bu tip nömrələrin yanaşı gəlməsinə 1000 ildə bir rast gəlinir. Çinin bəzi bölgələrində bu tarixdə kütləvi tədbirlərin keçirilməməsi sadəcə tövsiyə olsa da, Pekin və Hubeydə isə rəsmi olaraq qadağandır.