\
7 Oktyabr 2024 - Bazar ertəsi

Azərbaycan vətəndaşlarının Çindən təxliyə prosesi başlayıb

Azərbaycan vətəndaşlarının Çindən təxliyə prosesi başlayıb
1639baxış

Çində koronavirusun yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşlarının daşınması işlərinə başlanılıb.

Mediapress.az” xəbər verir ki, hazırda yola düşəcək şəxslərin toplanışı aparılır.

Şəhər hava limanında müayinə edildikdən sonra qızdırma və başqa əlamətlər aşkar edilməsə, onların bu gecə Türkiyə Ordusuna məxsus nəqliyyat təyyarəsinə mindirilərək aparılacağı gözlənilir.

Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Uhandakı Azərbaycan vətəndaşlarını təxliyə edəcəklərini açıqlamışdı.

Qeyd edək ki, Uhan şəhərində 7 nəfər Azərbaycan vətəndaşı yaşayır. Onlar, əsasən, tələbələrdir.