\
7 Oktyabr 2024 - Bazar ertəsi

DİN Göygöldəki ağır qəza ilə bağlı məlumat yayıb

DİN Göygöldəki ağır qəza ilə bağlı məlumat yayıb
1645baxış

Daxili İşlər Nazirliyi (DİN) Göygöl rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən "Mediapress.az"a verilən məlumata görə, yanvarın 31-də, saat 22 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində kənd sakini A.Orucov idarə etdiyi “Ford Transit” markalı avtomobili yolun kənarında dayanan Şəmkir rayon sakini N.Murtuzayevə məxsus “ZİL” markalı avtomobilə vurub. 

Nəticədə A.Orucovun sərnişinlərindən Aidə Orucova hadisə yerində ölüb, digər sərnişin xəstəxanaya yerləşdirilib.

Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.