\
7 Oktyabr 2024 - Bazar ertəsi

ABŞ-ın dövlət katibi Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsini şərh edib

ABŞ-ın dövlət katibi Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsini şərh edib
1735baxış

ABŞ-ın dövlət katibi Mayk Pompeo Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsini ("Brexit") şərh edib. 

Mediapress.az”ın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, bu barədə "Twitter” sosial şəbəkəsindəki hesabında yazıb. 

"Çox şadam ki, Avropa ölkələri “Britaniya xalqının seçiminə hörmətlə yanaşaraq” “Brexit” məsələsində razılığa gələ biliblər. Biz bu ölkə ilə güclü, məhsuldar və firavan əlaqələrimizi inkişaf etdirməyə davam edəcəyik”, - deyə o, qeyd edib. 

Xatırladaq ki, Böyük Britaniya ötən gün saat 23:00-da rəsmən Aİ-nı tərk edib. O, bu ittifaqda 47 il təmsil olunub.