\
7 Oktyabr 2024 - Bazar ertəsi

MM namizəd qəzaya düşdü - Gədəbəydə

MM namizəd qəzaya düşdü - Gədəbəydə
1805baxış

Milli Məclis deputatlığına namizəd Nazim Bəydəmirli yol qəzasına düşüb.

Bu barədə N.Bəydəmirlinin özü sosial şəbəkədə məlumat yayıb.

O, Gədəbəy rayonunun İsalı kəndindən seçicilərlə görüşdən qayıdarkən rayonun Fərzalı kəndində avtomobil qəzasına düşüb.

Qəza zamanı avtomobilə ciddi ziyan dəyib.

Nazim Bəydəmirlinin deputatlığa namizədliyi 104 saylı Gədəbəy - Tovuz seçki dairəsindən qeydə alınıb. O, 2005 - 2010-cu illərdə bu dairədən Milli Məclisin deputatı olub.