\
7 Oktyabr 2024 - Bazar ertəsi

Azərbaycanda ötən il ödəniş kartları 12% artıb

Azərbaycanda ötən il ödəniş kartları 12% artıb
1658baxış

Bu il yanvarın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 7,266 milyon ədəd təşkil edib.

Mediapress.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11,6% çoxdur.

2019-cu ildə ölkədə sosial kartların sayı 5,5% azalaraq 2,383 milyon ədəd, əmək haqqı kartlarının sayı 13,5% artaraq 2,316 milyon ədəd, digər kartların sayı isə 62,45% artaraq 1,769 milyon ədəd, kredit kartlarının sayı isə 7,3% azalaraq 797 min ədəd olub.