\
7 Oktyabr 2024 - Bazar ertəsi

Azərbaycanda seçkiləri 65 min 766 nəfər izləyəcək

Azərbaycanda seçkiləri 65 min 766 nəfər izləyəcək
1716baxış
Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş parlament seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb.
 
Mediapress.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.
 
 
O bildirib ki, ümumilikdə 65 min 766 yerli müşahidəçi qeydiyyatdan keçib:
 
"Onlardan 4264-ü MSK-da qeydiyyatdan keçib, 61 502-si isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib".
 
Eyni zamanda Milli Məclisə seçkilərlə əlaqədar 842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.