\
7 Oktyabr 2024 - Bazar ertəsi

"Zirə"nin yeni transferi: "Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır"

"Zirə"nin yeni transferi: "Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır"
1763baxış

"Oyunayaxşı başladıq. "Sabah" çoxyaxşı rəqibdir. Ancaq biz 3 xalı qazana bildik".

"Report"un məlumatına görə, bunu "Zirə" klubunun yeni transferi Ali Sisey Azərbaycan Premyer Liqasının XV turunda qalib gəldikləri "Sabah"la görüşdən sonra deyib.

"Zirə"ni seçməsinin səbəbini açıqlayan 26 yaşlı sierra-leoneli müdafiəçi debüt matçında özünü çox rahat hiss etdiyini bildirib:

"İlk oyunumda komanda yoldaşlarım kömək etdilər. Bizim komanda çox güclüdür. "Sabah"la oyun asan olmasa da mənə rahat idi. Azərbaycan çempionatında güclü klublar var və "Sabah" da bunlardan biridir. Bu çempionat xoşuma gəlir. Mövsümün sonunda avrokuboklara vəsiqə qazanmaq bizim əsas məqsədimizdir. Bunun üçün hər şey edirik. Hələ gəncəm və hər həftə futbol oynamaq istəyirəm. "Zirə" klubu da mənə bu şansı yaratdığı üçün bura gəldim".

Qeyd edək ki, "Zirə" - "Sabah" oyunu 2:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.