\
7 Oktyabr 2024 - Bazar ertəsi

Füzuli Məmmədov: “Fədakarlıq sayəsində bərabərliyə nail olduq”

Füzuli Məmmədov: “Fədakarlıq sayəsində bərabərliyə nail olduq”
1729baxış

“Çox gərgin oyun oldu. Bir səhvin planlarımızı pozacağını bilirdik. Belə də oldu. İkinci hissədə dəyişikliklər hesabına vəziyyətdən çıxdıq”.

Mediapress.az”ın məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov evdə “Sumqayıt”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis fədakarlıq sayəsində bərabərliyə nail olduqlarını söyləyib: “Fədakarlığımız nəticəsində rəqibin hücumları qola çevrilmirdi. Azlıqda qaldığımız zaman müdafiəçilərimiz yükləndi. Tələbkarlıq nəticəsində komanda elə səviyyəyə çatmalıdır ki, istədiyimizi əldə edək”.

F. Məmmədov hücumçu Baqali Dabonun oyundan sonra azarkeşlərə tərəf getməməsinə də münasibət bildirib: “Dabonun bu hərəkəti normaldır. Xal itkisi olanda belə hallar da baş verə bilər. Dabo bu gün heç də pis təsir bağışlamadı. İkinci hissədə meydana girəndən sonra bərabərlik qolunu vurdu”.

Baş məşqçi mərkəz müdafiəçisi Voislav Stankoviçin qırmızı vərəqə almasının gələn tur “Qarabağ”la oyunda mərkəz müdafiəçisi mövqeyində problemlər yaradacağı fikri ilə razılaşmayıb. Onun fikrincə, komandada bu mövqedə yetərincə yaxşı oyunçular var.