\
7 Oktyabr 2024 - Bazar ertəsi

Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir xəstə ölüb - Eksklüziv

Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir xəstə ölüb - Eksklüziv
1770baxış

Elmi Tədqiqat Ağciyər İnstitutunda silsilə ölümlər davam etməkdədir. 

Mediapress.az-a daxil olan məılumata görə, bu gecə institutda daha bir nəfər dünyasını dəyişib.

Ölən şəxslə bağlı əldə etdiyimiz məlumat: cinsi kişidir, təvəllüdü 1983-ci il, özü Quba rayon sakini.

Qeyd edək ki, Ağciyər İnstitutunda uzun müddətdir ki, reanimasiya şöbələri baxımsız və antisanitar vəziyyətdədir. Xəstəxanada süni tənəffüs aparatları olsa da, bu aparatları işlədə bilən həkim yoxdur. Bu da xəstənin həyatının təhlükədə qalması deməkdir. Xəstələr süni problemlərdən (həkim yoxluğu) dünyalarını dəyişməkdədirlər. 

Onu da əlavə edək ki, son 15 gün ərzində ölənlərin sayı 8-ə çatıb.