\
7 Oktyabr 2024 - Bazar ertəsi

Türkiyənin Suriyada şəhid olan əsgərlərinin sayı 6-ya çatıb

Türkiyənin Suriyada şəhid olan əsgərlərinin sayı 6-ya çatıb
1643baxış

Suriyanın İdlib bölgəsində şəhid olan Türkiyə ordusunun əsgərlərinin sayı 6-ya çatıb.

Bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) yayıb.

“İdlibdə qarşıdurmanın qarşısının alınması məqsədi ilə bölgəyə əlavə qüvvə olaraq göndərilən əməkdaşlarımız rejim tərəfindən fevralın 3-də top atəşi ilə gerçəkləşdirilən hücumda yaralananlardan bir silahdaşımız və bir mülki əməkdaşımız həkimlərin səylərinə baxmayaraq, şəhid olub. Hadisə nəticəsində şəhid sayımız 6-ya yüksəlib”, - açıqlamada bildirilib.