\
7 Oktyabr 2024 - Bazar ertəsi

14 yaşlı yeniyetmə itkin düşdü - FOTO

14 yaşlı yeniyetmə itkin düşdü - FOTO
1667baxış
Qusar rayonu Bədirqala kənd sakini, 14.04.2006-cı il təvəllüdlü Əmrahov Əmrah Narulla oğlu cari ilin fevral ayının 1-də axşam saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
 
DİN-dən verilən məlumata görə, Əmrah Əmrahovun əlamətləri belədir: Boyu 155-160 sm., orta bədən quruluşlu, qısa saçlı, sağ qaşında xırda çapıq var. Azərbaycan və ləzgi dillərində sərbəst danışır.
 
Evdən çıxan zaman onun əynində qara idman şalvarı, qara qısa gödəkcə və qara rəngli idman papağı olub.
 
Şəkildə gördüyünüz yeniyetməni tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə və 023-385-28-22 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.