\
7 Oktyabr 2024 - Bazar ertəsi

Doğuş zamanı baş verən ölümlə bağlı cinayət işi başlanılıb

Doğuş zamanı baş verən ölümlə bağlı cinayət işi başlanılıb
1598baxış

Lənkəranda qadının doğuş zamanı ölməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Hadisə fevralın 3-də Lənkəran Regional Perinatal Mərkəzində qeydə alınıb.

Belə ki, Lənkəran rayon Girdəni kənd sakini, 1996-cı il təvəllüdlü Gülnar Babayeva doğuş üçün keçirilən qeysəriyyə kəsiyi əməliyyatı zamanı qız uşağı dünyaya gətirib. Bir neçə saat sonra ana xəstəxanada ölüb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.