\
7 Oktyabr 2024 - Bazar ertəsi

“Azərişıq”da yeni təyinatlar olub

“Azərişıq”da yeni təyinatlar olub
1816baxış

Azərişıq” ASC-nin bir sıra region rəislərinin yerləri dəyişdirilib. “Report” xəbər verir ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Ülvi Həsənov tutduğu vəzifədən azad edilərək Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) rəis təyin edilib.

Məlumata görə, Yasamal RETSİ-nin rəisi Abbas Quliyev vəzifəsindən azad edilərək Səbail RETSİ-nə, Səbail RETSİ-nin rəisi Məhəmmədəli Məmmədov Nizami RETSİ-nə, Nizami RETSİ-nin rəisi Ələsgər Bədəlov Sabunçu rayon ETSİ-yə, Sabunçu RETSİ-nin rəisi Paşa Əliyev Biləcəri ETSİ-nə rəis gətirilib.

"Azərişığ"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qeyd edilən təyinatları KİV-ə təsdiq edib