\
7 Oktyabr 2024 - Bazar ertəsi

Vilayət Eyvazov DYP rəisini işdən çıxardı

Vilayət Eyvazov DYP rəisini işdən çıxardı
1807baxış

Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazovun əmr imzalayıb.

Əmrə əsasən, Q.Qələndərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat olmayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib.