\
7 Oktyabr 2024 - Bazar ertəsi

İlham Əliyev Türkiyənin nazirini təltif edib

İlham Əliyev Türkiyənin nazirini təltif edib
1684baxış

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mövlud Çavuşoğlunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Mövlud Çavuşoğlu “Dostluq” ordeni ilə təltif edilib.

Mediapress.az