\
7 Oktyabr 2024 - Bazar ertəsi

Yavər Camalovun oğlunun namizədliyini ləğv edildi - İkili vətəndaşlığı var

Yavər Camalovun oğlunun namizədliyini ləğv edildi - İkili vətəndaşlığı var
1808baxış

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyi ləğv edilib.

Bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının iclasında müzakirə edilib.

İclasda bildirilib ki, R.Camalovun ikili vətəndaşlığı var.

Müzakirələrdən sonra 46 saylı Şirvan seçki dairəsinin qərarı ləğv edilib.

Qeyd edək ki, namizədliyi ləğv edilən Rəşad Camalov mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.