\
7 Oktyabr 2024 - Bazar ertəsi

Külək keçmiş Nəqliyyat Nazirliyinin binasının damını uçurub, yol bağlanıb - FOTO

Külək keçmiş Nəqliyyat Nazirliyinin binasının damını uçurub, yol bağlanıb - FOTO
1815baxış
Tbilisi prospektinin Yasamal rayonu ərazisinə düşən hissəsində yerləşən keçmiş Nəqliyyat Nazirliyinin binasının damının bir hissəsi güclü külək nəticəsində uçub.
 
Mediapress.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, buna görə yolda hərəkət məhdudlaşdırılıb. Hazırda fəsad aradan qaldırılsa da, damın digər hissəsinin uçma təhlükəsi olduğu üçün ərazidə təhlükəsizlik tədbirləri məqsədilə gediş-gəliş məhdudlaşdırılıb.
 
Bununla əlaqədar Bakı-Sumqayıt şosesi və Biləcəri istiqamətində də tıxac yaranıb.
 
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-ya hazırda həmin istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulduğunu təsdiqləyib.