\
7 Oktyabr 2024 - Bazar ertəsi

Mediapress.az "Qafqaz-Media" İctimai Birliyi tərəfindən mükafatlandırıldı - FOTOLAR

Mediapress.az "Qafqaz-Media" İctimai Birliyi tərəfindən mükafatlandırıldı - FOTOLAR
1259baxış

2 Fevral Respublika Gənclər günü münasibətilə "Qafqaz-Media" İctimai Birliyi tərəfindən növbəti tədbir təşkil olunub. 

Mərasimdə İctimai Birliyin təşkil etdiyi "Gənclər Gələcəyimizdir" layihəsinin qaliblərinə "İlin fəal gənci" medalı təqdim olunub.

Qaliblər sırasında ATV-nin əmədaşı Əli Novruzəliyev, Manera.az saytının gənc jurnalisti Turan Etibaroğlu, yazar Leyla Ramazanlı, "Mediapress.az" saytının redaktoru Könül Aypara, şairlər, yazıçılar, sənət adamları və bir çox tanınmış şəxslər təltif olunublar. 

Qeyd edək ki, "Qafqaz-Media" İctimai Birliyinin sədri Azadə Hüseynova tədbirə gələnlərə təşəkkürünü bildirərək, layiq olan şəxsləri təbrik edib, hər kəsə uğurlar arzulayıb. Mətbuat sahəsindəki uğurlarına görə "İlin fəal gənci" medalına layiq görülən Könül Aypara öz çıxışında Azadə xanıma minnətdarlığını bildirib.

"Hər il biz qələm əhlini dəyərləndirirsiniz, bizlərə ruh yüksəkliyi verirsiniz. Bu dəyərinizə görə sizə həmkarlarım adından təşəkkür edirəm. Yaxşı ki, sizin kimi mərd xanımlarımız var", - deyə "Qafqaz-Media" İctimai Birliyinə işlərində uğurlar arzulayıb. 

Günel Ayxan