\
7 Oktyabr 2024 - Bazar ertəsi

Güclü qasırğa yanğına səbəb oldu: icra başçısı hadisə yerinə gəldi (YENİLƏNİB) - Qubada

Güclü qasırğa yanğına səbəb oldu: icra başçısı hadisə yerinə gəldi (YENİLƏNİB) - Qubada
1843baxış
Quba rayonun Qarxun kəndində baş verən yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Bu barədə Mediapress.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, rayon mərkəzindən 60 km məsafədə mürəkkəb relyefə və çətin keçilən yolları olan ərazidə ot tayası yanır:
 
"Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN DYMX-nin, XXRX-nin, Şimal Regional Mərkəzin müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin iki helikopteri hadisə yerinə cəlb olunub”.
 
*11:40
 
Quba Rayonunun dağ kəndlərində güclü qasırğa müşahidə olunur.
 
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, rayon mərkəzindən 70 km aralıda yerləşən Qarxun kəndində qasırğa yanğınlara səbəb olub.
 
Sakinlərin verdiyi məluamat görə, güclü külək nəticəsində ot tayalarında başlamış yanğın artıq evlərə və tövlələrə keçib. Hazırda 3 evin yandığı bildirilir.
 
Qeyd edək ki, Quba Rayon İcra başçısı Ziyəddin Əliyev hadisə yerinə gedib.