\
7 Oktyabr 2024 - Bazar ertəsi

ABŞ Qasım Süleymanidən sonra Qasım əl-Rimini məhv etdi

ABŞ Qasım Süleymanidən sonra Qasım əl-Rimini məhv etdi
1828baxış
ABŞ Prezident Donald Trampın təlimatıyla Yəməndə Ərəbistan Yarımadası Əl-Qaidəsinin qurucusu və lideri və Əl-Qaidə liderinin köməkçisi Eymən əl-Zəvahirinin köməkçisi Qasım əl-Rimini məhv edən antiterror əməliyyatı keçirib.
 
Mediapress.az odatv-yə istinadla xəbər verir ki, bu haqda Ağ Evdən verilən açıqlamada bildirilib.
 
Ötən həftə "New York Times” qəzetinə danışan bir Amerika rəsmisi Riminin Yəmənin Marib bölgəsindəki Hazmə kəndində dronla öldürüldüyünü deyib.
 
Səudiyyə Ərəbistanı kanalı isə yerli mənbələrə istinadla ABŞ-a aid bir dronun Marib şəhərinin şərqində yerləşən Vadi Ubeyde bölgəsindəki bir evə hücum edərək Əl Qaidə üzvlərini hədəf aldığını xəbər verib.
 
Mənbələrə görə, ev hadisədən 1 həftə əvvəl Əl Qaidə silahlıları tərəfindən icarəyə götürülüb. Eyni mənbələr Ərəbistan yarımadasının əl-Qaidə lideri əl-Riminin burada öldüyünü bildirib.
 
Qeyd edək ki, Qasım əl-Rimi təşkilatın keçmiş lideri Nasır əl-Vahayşinin ABŞ tərəfindən 16 iyun 2015-ci ildə Yəmənin şərqindəki Hazramut əyalətinin Mukalla bölgəsində dron hücumunda öldürülməsindən sonra təşkilatın başına keçib. ABŞ rəhbərliyi 18 oktyabr 2018-ci ildə Riminin başına qoyduğu mükafatı 5 milyon dollardan 10 milyon dollara qədər artırıb. Vaşinqton Rimini 2010-cu ilin mayında terror siyahısına salıb və ABŞ-dakı bank aktivlərini dondurub.
 
Rimi 12 oktyabr 2000-ci ildə Yəmənin Aden limanında lövbər atmış idarəolunan raket daşıma qabiliyyətinə malik Amerikan məhvedicisi USS Col gəmisinə qarşı edilmiş hücuma görə məsul hesab edilirdi