\
4 Dekabr 2024 - Çərşənbə

Bir həkim xəstəni bu cür sevindirə bildi - EKSKLÜZİV - FOTOLAR

Bir həkim xəstəni bu cür sevindirə bildi - EKSKLÜZİV - FOTOLAR
2091baxış

Yusif əlil arabası ilə çörək alıb gətirib

Bu gün sosial şəbəkələrin birində bir həkim xanımın xeyriyyəçiliklə məşğul olduğunu görüb, çox təsirləndik. Qəribəsi budur ki, o, bir həkim kimi əlindən gələni edə bilməyib, yəni qüsurlu uşağı sağalda bilməyib. Amma bununla belə, ailəni sevindirməyə nail olub. 

"Bir ana İnstaqram səhifəmdə mənə müraciət etmişdi ki, ona kömək edim. Mən də çalışdığım “Avrasiya Hospital”da nevropatoloqlara müraciət etdim. Müəyyən analizlər və müayinələr oldu. Dedilər ki, çarəsi yoxdur. Hər iki uşaq genetik xəstədir. “Spinomuskulyator afrobiya” diqnozu qoyulub. Özü də bu xəstəliyin əlamətləri ilk öncə olmur. Tam normal doğulurlar. Hər ikisi üç yaşından sonra başlayıblar pozulmağa. Nitq geriləyir, yerimə-filan pozulur. Böyük oğlan çox çətinliklə hərəkət edir. Valideynləri onu qucaqlarında gəzdirir. Elə kiçiyi də. Mən də düşündüm ki, onsuz da sağalma ehtimalları yoxdur. Heç olmasa, Yusifə universal araba alım. “Facebook”-a elan yerləşdirdim. Özüm də daxil olmaqla iki sponsor daha tapıldı. Və biz bu arabanı Türkiyədən gətirtdik. İdarəetməsi çox asandır. Yusif bu gün həmin araba ilə mağazaya gedib və evə çörək alıb gətirib.

Düzü, mən reklamı sevmirəm. Bunu da yerləşdirmə səbəbim, sadəcə insanlara çatdırmaqdır ki, belə işlərlə bu cür qüsurlu uşaqları necə xoşbəxt eləmək olar.

Çox zaman həkimlərin üzərinə çox düşürlər. “Qəddardırlar, pulgirdirlər!” – deyirlər. Amma belə deyil. Həkimlərin də arasında xeyirxah işlər görə bilənləri, sənətini sevəni. sənətinə hörmət edənləri var (özümü nəzərdə tutmuram, mənə də kömək edən həkim dostlarımı deyirəm). Ola biləcəyini bilsinlər.

Bu işdə mənə yardımçı olan qrup yoldaşım Rəşad Nasirliyə, Elnurə Rzayevaya və digərlərinə təşəkkür edirəm. Bizim elədiyimiz kiçik işdir əslində, hər şeyi düzüb-qoşur. Bizə düşən iş ONU və bəndələrini sevmək və yardım etməkdir".

P.S. Uilyam Şekspir deyib ki, gələcəyimiz üçün ən yaxşı sərmayə etdiyimiz yaxşılıqlardır. 

 Mediapress.az